TƏCİLİ! Baş prokurora qarşı sui-qəsd təşkil edildi
05.03.2020 12:22Türkiyədə baş prokuror yol qəzasında həlak olub. Dəhşətli qəza bu gün səhər saatlarında baş verib.
Об этом сообщает Роспрес
A24.Az-ın verdiyi xəbərə görə, Türkiyədə baş vermiş avtomobil qəzası nəticəsində ölkənin baş prokurorunun xidməti avtomobili ilə yük maşını toqquşub. Mustafa Alper və sürücüsü Müzəffər Ağşəhərli hadisə yerində keçinib. Baş prokurorun mühafizəçisi isə ağır yaralanıb.
Jurnalistlərə açıqlama verən vali Əhməd Altınparmaq bunları deyib: “Səhər saat 08:40-da dəhşətli hadisə yaşadıq. Baş prokurorumuzu, yaxşı bir hüquq və dövlət adamını itirdik. Üzüntümüz çox böyükdür. Mühafizəçi polisimiz yaralıdır. Qəzaya səbəb olan yük avtomobilinin sürücüsü təəssüf ki, “dur!” xəbərdarlığına məhəl qoymadan yoldan çıxaraq baş prokurorun xidməti avtomobili ilə toqquşub. Hadisədən sonra yük avtomobilinin sürücüsü hadisə yerindən qaçsa da, təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən yaxalanıb. Məlum olub ki, onun sürücülük vəsiqəsi belə yoxdur. İçkili avtomobil idarə etdiyi üçün vəsiqəsi 2019-cu ilə qədər əlindən alınıb. Hamımızın başı sağ olsun”.
Vali Altınparmaq jurnalistin “sui-qəsd ehtimalı varmı?” sualını isə, “Bu, baş prokurorun həmişə istifadə etdiyi, normal yolu deyil, həbsxanaya gedərkən istifadə etdiyi istiqamətdir. Bir izləmə və ya başqa bir şeydən söhbət gedə bilməz. Hadisə detallandıqca məlumat verməyə davam edəcəyik”.-deyə cavab verib.

