Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Təcili tibbi yardım avtomobili nə vaxt radara düşmüş hesab olunmur? – EKSPERT DANIŞIR

05.03.2020 12:22

Mətbuatda yayılan məlumata görə, Ağdaş Mərkəzi Xəstəxanasından ağır infarkt diaqnozu ilə Bakıya köçürülməli olan xəstəni daşıyan təcili tibbi yardım maşını 310 manat cərimələnib.

Об этом сообщает Руспрес

Bu kimi hallar qanunvericilikdə necə tənzimlənir?

A24.Az məsələ ilə bağlı nəqliyyat eskperti Ərşad Hüseynovla əlaqə saxlayıb.

Ekspertin sözlərinə görə, belə hallarda əslində yol polisinin həmin o radarları avtomatik işləməlidir:

“Yəni yanından keçən avtomobilin şəklini çəkib, (əgər sürət rejimi pozulursa) qeydə alıb, onun barəsində İnzibati Xəta haqqında elektron protokol tərtib etməlidir. Və həmin sürücüyə göndərilməlidir”.

Nəqliyyat eksperti əlavə edib ki, amma  bu operativ nəqliyyat vasitəsidirsə, həmin bu şikayətdə dediyiniz kimi təcili tibbi yardım maşınıdırsa, protokola xəstəxana rəhbərliyi özü baxmalıdır:

“Görməlidir ki,  sürücü doğurdan da sürət rejimi xidməti zərurətlə əlaqədar pozub, yəni təcili yardım göstərilməli xəstə var imiş və yaxud da təcili hansısa xəstəxanaya çatdırılmalı xəstə var imiş, məhz buna görə sürət həddini pozub. Bu halların hamısına xəstəxana rəhbərliyi özü baxıb, nəzarət etməlidir”.

Ə.Hüseynov bildirir ki, təcili tibbi yardım maşınları da sürət həddinin yalnız qaydalar əsasında poza bilər:

Yəni  xüsusi səs və işıq siqnalını qoşulduqdan sonra sürət həddini poza bilər. Belə halda həmin maşına aid tətbiq olan cərimələr ləğv olunur. Bu da aşağıdakı kimi həyata keçirilir:

“Xəstəxana rəhbərliyi yol polisinə radarlarla bağlı arayış verir ki, məhz bu tarixdən, misal üçün yenə radara düşübsə o tarixdə, filan nömrəli avtomobi, xəstəni təcili apardığı üçün (və ya hansısa məqsəddə tez aparıbsa, onu qeyd etməlidir) xidməti istifadə də olduğu üçün yol hərəkət qaydalarını pozub. Xahiş edirəm ki, bu protokolu ləğv edin. Bundan sonra da ləğv edilir”.

Orxan Aslanlı