Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tədris ocaqlarını “açıq bazar”a çevirən UNİVERSİTETLƏR – ANALİZ

05.03.2020 12:22

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin may ayı üzrə analiz işini yekunlaşdırıb.

Об этом сообщает Роспрес

Saytımız Media Təqib Mərkəzinə istinadən universitetlərlə bağlı may ayı üzrə məlumatları təqdim edir:

2017-ci ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 9878 xəbər yerləşdirilib. Bunlardan 31 xəbər mənfi, 2 xəbər müsbət, 9845 xəbər isə neytraldır.

Mənfi xəbərlər arasında liderlər: Azərbaycan Dillər Universiteti (17 xəbər – universitetdə imtahan oyunu, rüşvət, anarxiya), Sumqayıt Dövlət Universiteti (7 xəbər – rektordan Mehriban Əliyevaya şikayət), Azərbaycan Kooperasiya Universiteti (3 xəbər – universitetdə açıq bazar) məxsusdur.

Müsbət xəbərlər isə Moskva Dövlət Universitetinin Bakı filialına (rektorun “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülməsi) məxsusdur.

Xəbər sayına görə sıralama:

1 Bakı Dövlət Universiteti 1114 xəbər
2 Azərbaycan Dillər Universiteti 955 xəbər
3 Bakı Ali Neft Məktəbi 733 xəbər
4 ADA Universiteti 511 xəbər
5 Dövlət İqtisad Universiteti 499 xəbər
6 Azərbaycan Texniki Universiteti 440 xəbər
7 Dövlət Neft və Sənaye Universiteti 405 xəbər
8 Dövlət Pedaqoji Universiteti 398 xəbər
9 Dövlət Mədəniyyət və İncəsənət Universiteti 389 xəbər
10 Azərbaycan Tibb Universiteti 380 xəbər

Xəbər sayına görə sıralama:

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1882 xəbər dərc edilib. Bunlardan 1 xəbər mənfi, 1881 xəbər isə neytraldır. Mənfi xəbər Gəncə Dövlət Universitetinə (şikayət) məxsusdur. May ayında yazılı mətbuatda universitetlərlə bağlı müsbət xəbər dərc olunmayıb.

1 Bakı Dövlət Universiteti 268 xəbər
2 Bakı Ali Neft Məktəbi 129 xəbər
3 Dövlət İqtisad Universiteti 116 xəbər
4 Dövlət Mədəniyyət və İncəsənət Universiteti 101 xəbər
5 Dövlət Pedaqoji Universiteti 83 xəbər
6 Azərbaycan Texniki Universiteti 82 xəbər
7 Azərbaycan Dillər Universiteti 81 xəbər
8 Bakı Slavyan Universiteti 80 xəbər
9 Moskva Dövlət Universitetinin Bakı filialı 66 xəbər
10 Dövlət Neft və Sənaye Universiteti 62 xəbər

May ayında televiziya kanallarında universitetlər haqqında 486 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Bakı Dövlət Universiteti 59 xəbər
2 Bakı Ali Neft Məktəbi 58 xəbər
3 ADA Universiteti 43 xəbər
4 Mədəniyyət və İncəsənət Universiteti 40 xəbər
5 Dövlət İqtisad Universiteti 34 xəbər
6 Dövlət Aqrar Universiteti 23 xəbər
7 Azərbaycan Dillər Universiteti 21 xəbər
8 Milli Aviasiya Akademiyası 18 xəbər
9 Azərbaycan Tibb Universiteti 16 xəbər
10 Bədən Tərbiyəsi və İdman Akademiyası 15 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88