Təhlükəsizliklə bağlı məsələləri həll etmək Ermənistan üçün çətin olacaq – Erməni generaldan ETİRAF
05.03.2020 12:22“Azərbaycanın “böyük qardaşı” var. Hansı ki, onlara hər şeydə kömək edirlər. Pakistan, Amerika və başqa ölkələr Azərbaycanın yanında dururlar. Bu baxımdan biz də bu cür müttəfiqlərə malik olmalıyıq”.
Об этом сообщает Роспрес
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri ermənilərin “Komandos” ləqəbli general-mayoru Arkadi Ter-Tadevosyan bildirib.
Arkadi Ter-Tadevosyan bildirib ki, Eduard Şarmazanovun Ermənistanın təhlükəsizliklə bağlı fikirlərini səhv adlandırmaq olmaz:
“Sadəcə o fikirlərini bir qədər başqa şəkildə bildirməli idi. Təhlükəsizliklə bağlı bir ittifaq yaratmalıyıq, Rusiya ilə yan-yana olmalıyıq. Ermənistan üçün üçün bu məsələləri tək həll etmək çox çətin olacaq. Azərbaycanın “böyük qardaşı” var. Hansı ki, ona hər şeydə kömək edirlər. Pakistan, Amerika və başqa ölkələr Azərbaycanın yanında dururlar. Bu baxımdan biz də bu cür müttəfiqlərə malik olmalıyıq. Bizə yaxın Yunanıstan, Rusiyadır. İşlərimiz bu ölkələrlə bağlıdır. Anlamıram niyə Şarmazanovun çıxışı bu qədər səs-küy səbəb olub”.
“Komandos ləqəbli generel-mayor Rusiyanın Azərbaycana silah satması məsələsinə də münasibət bildirib:
“Bu bizim maraqlarımıza zidd olsada, Rusiya öz xeyiri haqqında düşünür. Rusiya öz gəlirlərini düşünür, buna görə də Azərbaycana və indi də həmçinin Türkiyə silah satır. Demək istədiyim odur ki, istənilən dövlət öz maraqları haqqında düşünür. Niyə biz indi Rusiyanı ittiham edirik, amma hətta bəzən Azərbaycanı ittiham etmək istəmirik? Çünki onlar öz işlərini görürlər”, – deyə Tadevosyan qeyd edib.

