Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Təhsil cəmiyyət həyatında prioritet sahədir” lahiyəsinin icrasına start verildi

05.03.2020 12:22

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin təşkilati təşəbbüsü ilə Quba rayonunda“Təhsil cəmiyyət həyatında prioritet sahədir” lahiyəsinin icrasına start verildi.

Об этом сообщает Футляр от виолончели

A24.Az-a verilən məlumata görə, layihənin məqsədi – təhsilin vacibliyini şagird və tələbələr arasında təbliği, cəmiyyətdəki aparıcı rolunu vurğulamaq və gənclərin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. Yerli və mərkəzi mətbuatda layihənin gedişi barədə müntəzəm məqalələr dərc ediləcəkdir. Valideyn və şagird, tələbələr arasında təhsilin insan həyatındakı rolu barədə təbliğat aparılacaq. 2 günlük təlim, seminarlar təşkil olunacaq, buklet, flayer, təqvim çapı nəşr ediləcəkdir. Təlimlərdə iştirakçılara təhsildə keyfiyyəti artırmaq, davamiyyəti tələb olunan normalara uyğunlaşdırmaq, həyata keçirilən islahat proqramlarının həllini tapmasına dəstək olmaq keyfiyyətli təhsil almasına çalışmaq və. s kimi məsələlərlə bağlı səciyyəvi məlumatlar və bilgi veriləcək. Layihənin hazırlıq mərhələsində Quba rayonunda həyata keçiriləcək işlər üçün lazımı çap materiallarının nəşri, görüşlərin yeri və vaxtı, orada iştirak edəcək iştirakçıların (o cümlədən, layihəyə cəlb ediləcək gənclərin siyahısının tərtib olunması) və qonaqların müəyyən edilməsi, eləcə də, layihə haqqında geniş ictimaiyyəti məlumatlandırmaq üçün hazırlanmış press-relizlərin KİV-lərə, müvafiq dövlət, beynəlxalq təşkilatlara və QHT-lərə yayılması işləri yerinə yetiriləcəkdir.

Qeyd edək ki, layihənin müddəti 3 aydır (15.04.2017 – 15.07.2017).