Təhsil müəssisələrindən ixtisarlar olacağı ilə bağlı xəbərlər yayıldı – AÇIQLAMA Nazir müavinindən gəldi
05.03.2020 12:22Dünən Təhsil Nazirliyinin adından Məktəbdənkənar təhsil müəssisələrindən ixtisarlar olacağı ilə bağlı xəbərlər yayılıb.
Об этом сообщает Роспрес
A24.Az yayılan məlumatla bağlı araşdırma aparıb. Saytımızın əldə etdiyi məlumata görə, Məktəbdənkənar müəssisələrdə ixtisarların olacağı ilə bağlı məqsədli şəkildə yayılmış dezinformasiya çaşqınlıq yaratmaqdan başqa bir şey deyil.
Təhsil nazirinin müavini Firudin Qurbanov açıqlamasında deyib ki, Rasionallaşdırma prosesində məktəbəqədər təhsil müəssisələrində çalışan böyük sayda müəllim və mütəxəssislərin ixtisar olunmaması məqsədilə dövlət büdcəsindən işçilərin əmək haqlarının tam şəkildə ödənilməsi üçün əlavə vəsait ayrılıb. Bu tədbirlər nəticəsində yeni tədris ilində məktəbdənkənar təhsil müəssisələrində çalışan müəllimlərin ixtisar olunması gözlənilmir.

