Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Təhsil Nazirliyi müəllimlərə imtahan cavablarını göndərərkən gülünc səhvə yol verdi

05.03.2020 12:22

Son günlər Azərbaycan təhsilində yüksək nəticələr əldə etmək üçün Təhsil Nazirliyi müəllimlərin savad dərəcəsini yoxlamaq üçün diaqnostik qiymətləndirmə imtahanları keçirir.

Об этом сообщает Футляр от виолончели

A24.az GoldNews.Az-a istinadən xəbər verir ki, imtahanın nəticələri, növbəti sınağın keçiriləcəyi yer və tarix müəllimlərin hər birinə göndərilən xüsusi qəbzlə bildirilir. Bu qəbzlərdən bəzilərində əsaslı səhvlərə yol verilib.

Belə ki, redaksiyamıza daxil olan fotolardan məlum olub ki, nazirliyin imtahana çağırış və ötən sınaqların nəticələrini bildirmək üçün göndərdiyi rəsmi sənədin üzərində bu ifadələr yer alıb: “Siz 01 yanvar 1970-ci il tarixində keçirilmiş müəllimlərin işə qəbulu üzrə imtahanda … bal toplamışsınız”.

Redaksiyamıza daxil olan fotoları sizə təqdim edirik: