Təhsil Nazirliyindən müəllimləri maraqlandıran ən vacib suallara CAVABLAR
05.03.2020 12:23Azərbaycan respublikasının Təhsil Nazirliyi quruma ünvanlanmış sualları cavablandırıb.
Об этом сообщает Руспрес
A24.Az nazirliyin cavablandırdığı sualları sizə təqdim edir:
Sual: Məktəbəhazırlıq qruplarında məşğələlər ödənişli olacaq?
Cavab: Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına aparılacaq.
Sual: Məktəbəhazırlıq qrupları bütün şəhər və rayonlarda fəaliyyət göstərəcək?
Cavab: Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək.
Sual: Məktəbəhazırlıq qruplarına neçə yaşlı uşaqlar cəlb ediləcək?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.
Sual: Məktəbəhazırlıq qruplarında hansı müəllimlər dərs deyəcək?
Cavab: Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılacaq.
Sual: Məktəbəhazırlıq qruplarında ümumilikdə neçə müəllim dərs deyəcək?
Cavab: Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin sayı qrupların sayına müvafiq olaraq müəyyən ediləcək.
Sual: Məktəbəhazırlıq qruplarında hansı dərs məşğələləri tədris olunacaq?
Cavab: Məktəbəhazırlıq qruplarında Ətraf aləmlə tanışlıq, Savad təliminə hazırlıq və nitq inkişafı, Bədii təfəkkürün inkişafı, Məntiqi və riyazi təfəkkürün inkişafı, Təsviri fəaliyyət, Musiqi və Fiziki mədəniyyət dərs məşğələləri tədris ediləcək.
Sual: Bir məktəbəhazırlıq qrupunda neçə uşaq olacaq?
Cavab: Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdiriləcək:
– qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün – ən azı 10 uşaq;
– şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün – ən azı 15 uşaq.
– Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.
Sual: Məktəbəhazırlıq məşğələləri həftədə neçə gün olacaq?
Cavab: Məktəbəhazırlıq məşğələləri həftədə 4 (dörd) gün keçiləcək.
Sual: Məktəbəhazırlıq məşğələləri gündə neçə saat olacaq?
Cavab: Məktəbəhazırlıq qruplarında bir gün ərzində 3 (üç) məşğələ tədris olunacaq.
Sual: Bir məşğələnin müddəti neçə dəqiqə müəyyən olunub?
Cavab: Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib.
Sual: Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları veriləcəkmi?
Cavab: Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.
Sual: Məktəbəhazırlıq qruplarında uşaqlara qiymət yazılacaqmı?
Cavab: Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd ediləcək, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndiriləcək və bu barədə valideynlərə məlumat veriləcək.

