Təhsil şöbəsinin iclasında dava – Müavin müdirə əl qaldırdı?
05.03.2020 12:23A24.Az –ın redaksiyasına Cəbrayıl rayon Təhsil Şöbəsinin iclasında baş verən hadisə ilə bağlı məlumat verilib.
Об этом сообщает Футляр от виолончели
Bildirilir ki, iclasda Təhsil Şöbəsinin müdir müavini müdirə əl qaldırıb. Müdir müavini Aydın Bəyişovun psixoloji problemi olduğundan şöbədə metodistlərlə yola getmir. İclas zamanı Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənova ilə onun arasında qalmaqal yaranıb. Nəticədə müdir müavini müdirə əl qaldırıb.
A24.Az olaraq məsələni araşdırmaq istədik. Cəbrayıl rayon Təhsil şöbəsinin müdiri Validə Həsənova məlumatı birmənalı şəkildə təkzib edib. “Mənim 65 yaşım var. Mən yaşımın kamil dövründüyəm, müavin də cavan uşaqdır. Balaca oğlumla yaşıddır. Belə bir məsələ olmayıb. Bunu kim deyirsə ya mənlə, ya da müəllimlə qərəzlidir. O ki qaldı metodistlərə, onlarla müavin arasında belə hadisə olmayıb”.
Cəbrayıl rayon Təhsil şöbəsinin müdir müavini Aydın Bəyişov isə A24.Az-a açıqlamasında bildirdi ki, belə bir hadisə olmayıb. “Mənim nə müdirlə, nə müəllimlərlə, nə də metodistlərlə heç bir problemim yoxdur. Bu haqda yalan məlumat verən şəxs məsuliyyət daşıyır. Bunu kim deyibsə, gəlsin üzləşək. Belə bir hadisənin olmasından söhbət gedə bilməz. Validə xanım yaşlı qadındır və mən heç vaxt belə tərbiyəsizlik etmərəm. O ki qaldı, metodistlərə qarşı qərəzli mövqeyimə. Mənim heç bir məktəb direktoru, müəllim, ya da metodistlə problemim yoxdur. 15 ildir orda işləyirəm. Niyə indiyədək bir şikayət olmayıb? İndi deyirlər ki, metodistlərə qarşı qərəzli mövqe tuturam?”.
Vüsalə Əlövsətqızı

