Təhsildən çox adı yeyinti və korrupsiyada hallandırılan universitetlərimizin SİYAHISI
05.03.2020 12:23Universitetlərimizdə yeyinti və korrupsiya halları davam edir…
Об этом сообщает Футляр от виолончели
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin noyabr ayı üzrə analiz işini yekunlaşdırıb.
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi universitetlərlə bağlı noyabr ayı üzrə məlumatları təqdim edir.
2017-ci ilin noyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 10199 xəbər yerləşdirilib. Bunlardan 128 xəbər mənfi, 126 xəbər müsbət, 9945 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Texniki Universitet (49 xəbər – universitetdə maliyyə maxinasiyaları üzə çıxdı), Texnologiya Universiteti (43 xəbər – rektor haqqında şok iddialar), Pedaqoji Universitet (20 xəbər – universitetdə özbaşınalıq, Zaqatala filialından şikayət). Müsbət xəbərlər arasında liderlər: Sumqayıt Dövlət Universiteti (61 xəbər – universitet əməkdaşlarının fəxri ad və medalla təltif edilməsi), Naxçıvan Dövlət Universiteti (35 xəbər – universitetin əməkdaşları təltif edildi), Bakı Slavyan Universiteti (12 xəbər – rektora ABŞ-ın iki medalı təqdim olunub).
Xəbər sayına görə sıralama:
| 1 | Bakı Dövlət Universiteti | 1510 xəbər |
| 2 | Azərbaycan Dillər Universiteti | 719 xəbər |
| 3 | Dövlət İqtisad Universiteti | 597 xəbər |
| 4 | ADA Universiteti | 594 xəbər |
| 5 | Azərbaycan Texniki Universiteti | 505 xəbər |
| 6 | Azərbaycan Tibb Universiteti | 501 xəbər |
| 7 | Dövlət Pedaqoji Universiteti | 489 xəbər |
| 8 | Bakı Ali Neft Məktəbi | 455 xəbər |
| 9 | Dövlət Aqrar Universiteti | 398 xəbər |
| 10 | Neft və Sənaye Universiteti | 306 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1937 xəbər dərc edilib. Bunlardan 6 xəbər mənfi, 10 xəbər müsbət, 1921 xəbər isə neytraldır. Mənfi xəbərlər İqtisad Universiteti (3 xəbər – universitet haqqında ilginc faktlar) və Texniki Universitetə (3 xəbər – universitetdə ciddi pozuntular aşkar olunub) məxsusdur. Müsbət xəbərlər isə Sumqayıt Dövlət Universiteti (7 xəbər – universitet əməkdaşlarının fəxri ad və medalla təltif edilməsi) və Bakı Slavyan Universitetinə (3 xəbər – universitet nüfuzlu medallara layiq görüldü) aiddir.
Xəbər sayına görə sıralama:
| 1 | Bakı Dövlət Universiteti | 298 xəbər |
| 2 | Dövlət İqtisad Universiteti | 141 xəbər |
| 3 | Azərbaycan Dillər Universiteti | 106 xəbər |
| 4 | Bakı Ali Neft Məktəbi | 104 xəbər |
| 5 | Azərbaycan Texniki Universiteti | 101 xəbər |
| 6 | Dövlət Pedaqoji Universiteti | 97 xəbər |
| 7 | ADA Universiteti | 88 xəbər |
| 8 | Mədəniyyət və İncəsənət Universiteti | 86 xəbər |
| 9 | Bakı Slavyan Universiteti | 83 xəbər |
| 10 | Azərbaycan Tibb Universiteti | 82 xəbər |
Noyabr ayında televiziya kanallarında universitetlər haqqında 664 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
| 1 | Bakı Dövlət Universiteti | 102 xəbər |
| 2 | ADA Universiteti | 66 xəbər |
| 3 | Dövlət Aqrar Universiteti | 50 xəbər |
| 4 | Azərbaycan Milli Konservatoriyası | 46 xəbər |
| 5 | Bakı Ali Neft Məktəbi | 38 xəbər |
| 6 | Dövlət İqtisad Universiteti | 32 xəbər |
| 7 | Bakı Musiqi Akademiyası | 31 xəbər |
| 8 | Dövlət Pedaqoji Universiteti | 28 xəbər |
| 9 | Azərbaycan Texniki Universiteti | 22 xəbər |
| 10 | Azərbaycan Dillər Universiteti | 21 xəbər |

