Telefona baxaraq yol keçənlər 168 manat cərimə olunacaq
05.03.2020 12:23ABŞ-da telefon aludəçilərinə qəribə qadağa qoyulub.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, ABŞ-a bağlı Havay adalarında piyadaların yolda gedərkən cib telefonuna baxmasına, istifadə etməsinə məhdudiyyət qoyulub.
Artıq adaların ən böyük şəhəri və paytaxtı olan Honoluluda cib telefonuna və ya planşetinə baxaraq yol keçən piyadalara 15-99 dollar arasında (təxminən 168 manat) cərimə kəsiləcək.
Qeyd edək ki, ABŞ-da 2000-2011-ci illər ərzində məhz telefona baxaraq yol keçdiyinə görə 11 min nəfər yaralanıb.

