Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Televiziyalarda bayağılaşma prosesi: Efirlərimiz niyə kifirləşir?

05.03.2020 12:23

Azərbaycan televiziyalarının indiki vəziyyəti birmənalı olaraq acınacaqlıdır. Televiziyalarımız XXI əsrin ən böyük bəlası olan şou-biznesin, yüngül düşüncə məhsulu olan proqramların, acı bağırsaq kimi uzanan serialların əsirinə çevrilib. “Mavi ekran” qarşısında yarımca saat oturmaq kifayət edir ki, aqressiv və neqativ enerji axının təsirinə düşəsən. Keyfiyyət və peşəkarlıq baxımdan çox aşağı səviyyədə olan serialların Azərbaycan  televiziyalarının efirlərini işğal etməsi cəmiyyətin ən böyük problemlərdən biridir. Üstəlik maarifləndirici proqramların olmaması, bu tip proqramlara sponsorun tapılmaması ilə bağlı olsa da, bu məsələdə televiziyaların da böyük günahı var. Maarifləndirici proqramlar adı ilə seyiriciyə sıranan proqramlar isə, orta məktəb viktorinalarını xatırladır. XXI əsrdə televiziya nə ilə məşğul olmalıdır? Bu sual televiziyada çalışan heç bir mütəxəsisi demək olar ki, düşündürmür. Efirləri işğal edən tok-şoular, müzakirə və debat tipli proqramlar da illərdir eyni formatda davam edir. Bütün televiziyaların bu proqramlara tətbiq etdiyi standart qəlib var. Müzakirə başlayır və heç bir nəticə əldə edilmədən, çıxış yolu göstərilmədən proqram yekunlaşır. Üstəlik bu tip proqramların qonaqları, şərhçiləri və aparıcıları da illərdir aşağı-yuxarı eyni adamlardır. Uşaq proqramları yox dərəcəsindədir. Azyaşlılar üçün nəzərdə tutulan proqramların mövzuları və qruluşu o qədər qəlizdir ki, bəzən valideyinlər proqramı övladlarına şərh etməkdə çətinlik çəkir.

Об этом сообщает Руспрес

Televiziyalarda dəyişikliklər və islahatlar aparılsa da, müsbət nəticə hələki gözlə görüləcək dərəcədə deyil. Müstəqillik dönəmində televiziya sahəsində keyfiyyət artımı olmasa da kəmiyyət artımını danmaq olmaz. Ölkədə kifayət qədər televiziya şirkətləri fəaliyyət göstərir. Üstəlik son illər internet televiziyaların da sayı sürətlə artır. Regionlarda fəaliyyət göstərən televiziya şirkətləri də eyni ucuz yolu tutub, şou, aqressiya və qalmaqallar.

Azərbaycan seyircisi isə sanki milli televiziyalardan küsüb. Televiziyaların verdiyi xəbərlər, siyasi və analitik proqramlar digər proqramlara nisbətən peşəkarlığa hesablansa da, seyirçi bu proqramları da izləmir. Azərbaycan seyirçisinin siyasi və analitik proqramlara marağı demək olar ki, yoxdur. Mənə elə gəlir ki,  telekanallar balanslı, obyektiv və qərəzsiz jurnalist araşdırması ortaya çıxara bilmirlər. Telekanallar bunu bacarsaydı, Azərbaycan insanı xarici telekanallara meyillənməzdi. Müşahidə eləmişəm ki, şou-proqramlarının aparıcıları özlərini həddindən artıq müasir və sərbəst aparmağa çalışırlar. Aparıcıların bu sərbəstliyi və müasirlik görüntüsü yaratması cəhdləri çox zaman uğursuz olur və seyircilər tərəfindən bayağılıq kimi qəbul edilir. Eyni zamanda aparıcıların bayağılığı və sərbəst davranışları pis nümunə kimi, gəncliyin formalaşmasına mənfi təsir göstərir. Xəbərlər proqramlarının yalançı hay-küyü, aqressiyası seyirciyə neqativ enerji ötürür. Krimnal xəbərlər isə, qan və şiddət püskürür. Telekanal “xəbərçilər”i yaxşı bilir ki, ölüm xəbərlərini, qətl hadisələri parlaq şəkildə və yüksək gərginliklə nümayiş etdirmək seyircinin psixalogiyasına pis təsir edir. Ancaq televiziyalar bu cür xəbərləri tirajlamaqdan sanki manyakcasına zövq alırlar.  A24.Az Azərbaycan telekanallarının mövcud vəziyyəti ilə bağlı mütəxəsislərin də fikirlərini öyrənib.

Televiziya eksperti, tanınmış jurnalist Qulu Məhərrəmli hesab edir ki, Azərbaycan teleməkanını birmənalı qiymətləndirmək çətindir:

“Bəzi telekanallarda, məsələn ATV və İTV-də bəzi  yaxşı xəbər aparıcıları vardır. AzTV, ARB və Lider TV-nin səhər proqramlarının da  aparıcıları rəğbət doğurur. Amma bütövlükdə aparıcı işinin indiki səviyyəsi məni qane eləmir. Səbəb birbaşa peşekarlıq ve aparıcı məharəti ilə bağlıdır. Sanki indiki məhdud, birrəngli və birsəsli televiziya şəraiti yaxşı teleaparıcı yetişməsinə imkan vermir. Yəni ki, bu sahədə ən ciddi problem əyləncə verilişlərinin aparıcıları ilə bağlıdır, çünki bunların çoxu təsadüfən və həm də əsasən hazırlıqsız, ümumi intellektual səviyyəsi yüksək olmayan şəxslər sırasından seçilir.  Bax, televiziyalarımızın baxımlı olması üçün hansı islahatlar keçirilməlidir – sualı ona görə aktualdır ki, biz televiziya sahəsində bir çox problemlərlə yanaşı, yaxşı aparıcı məsələsini də həll edə bilək. Bu islahtalar isə çoxşaxəli olub yayım siyasətindən tutmuş idarəçilikdə prodüser institutunu möhkəmlətməyə qədər geniş sahələri əhatə etməlidir. Biz, auditoriyanın diqqətini cəlb etmek üçün ilk növbədə peşekarlığı artırmalı, insanları doğru, dürüst və dolğun məlumatlandırmalı, cəmiyyəti bütün rəngləri ilə ekranda əks etdirməli, tamaşaçının estetik zövqünü oxşamalı, ona yüksək dünyagörüş aşılamalıyıq.

Tanınmış jurnalist İlqar Rəsul televiziyalarımızın vəziyyətini qaneedici hesab etmir: “Televiziyaların vəziyyəti  jurnalistikanı yaxşı bilən adamı  heç vaxt tam qane edə bilməz. Və bu inkişafa aparan bir yanaşmadı. Konkret indiki halda əlbəttə ki, qane etmir.  Aparıcılara gəlincə: Düzdü, hərdən mən də onların bəzilərinin işlətdikləri ifadələrə irad tuturam, bəzən hətta kinayə ilə yazıram sosial şəbəkədə adlarını və

TV -ni qeyd etmədən. Amma ümumi vəziyyət qənaətbəxşdi. Yəni öz işlərini görürlər. Onların bir çoxunun intellektual səviyyəsinin aşağı olması əlbəttə ki, faktdır. Amma bu da keçəcək. Bir vaxtlar televiziyalarda əsas simalar diktorlar idi. Onlar yazılmış mətni oxuyurdular. Sonra onları mətni hazırlayın oxuyan jurnalist aparıcılar əvəz etdi. İndi proses bu aparıcılığı intellektualların əvəz etməsinə doğru gedir. Yəni bu işdə vəziyyətin bu cür olması təbiidi. İslahat mümkündür:

Televiziyalar özlərində güc tapıb, maliyyə xərcləyib  elə ciddi layihələr hazırlamalıdılar ki, onlar ən azı  şou proqramlar qədər baxımlı olsun. Hələ ki, bu istiqamətdə ciddi addımlar, cəhdlər elə də çox deyil. Amma o da bir gerçəklikdi ki, televiziyaların edə biləcəyi islahatlar onların hər baxımdan imkanları çərçivəsində olacaq. Bu isə həlledici amildir.”

Televiziya aparıcısı Şəbnəm Həsənova televiziyada islahatlar aparılmasının vacib olduğunu düşünür:

“Düşünürəm ki, hörmət etdiyim və əsl ziyalı aparıcı hesab etdiyim peşəkarların heç biri hal televiziyada çalışmırlar. Əksəriyyəti online televiziyalarda aparıcı, sayt rəhbərləri və ya köşə yazarlarıdır. Burdan bir qənaətə gəkmək olar ki, kütlənin izlədiyi aparıcılar (nə yazıq ki, içi özüm qarışıq) elə kütlə və sponsun istəyini yerinə yetirir. Televiziya da sopnsorun istəyini yerinə yetirir. 10-15 il öncə daha rahatlıqla insanları hüquqlarını bilməyi təbliğ edən  layihələr hazırlayır, qadagan olunmuş mövzuları müzakirə edirdik. İndi bu vəzifəni yalnız bəzi online televiziyalar yerinə yetirir. Bir sözlə düşünürəm ki, televiziya izləyicini arxasınca aparır, izləyici televiziyanı yox. Nə təklif ediriksə o da izlənilir. Düşünürəm ki, televiziyalar  arasında bölgü olmalıdır. İnformasiya, əyləncə, uşaq, idman, serial və.s  sahələr üzrə ixtisaslaşmış televiziyalar olmalıdır. Heç olmasa bu halda intellektual tamaşaçının da zövqü nəzərə alınmış olar.

Cəlil Cavanşir