Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Telman İsmayılovun kranları qızıldan olan “Mardan Palace”ında rəzalət – Borca görə suyunu kəsdilər

05.03.2020 12:23

2010-cu ildə dünyanın ən luks oteli seçilən “Mardan Palace” borc içindədir. Su kranları və qapıların tutacaqları qızıldan idi. İndi həmin qızıl kranlar su üzünə həsrət qalıb.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, su kranları və qapıların tutacaqları qızıldan olan luks otel su üzünə həsrət qalıb.

Bir vaxtlar Antalyada olduqca məşhur olan, tikintisi üçün 1,4 milyard dollar pul xərclənən, açılışında Şeron Stoun, Riçard Qir, Paris Hilton, Meray Keri, Monika Beluççi kimi ulduzların iştirak etdiyi “Mardan Palace” turizmin ən qaynar dövrü olan avqustda rezervasiyaları dayandırıb.

Məlumatlara görə, otelə indi də müştəri qəbul edilmir. Otel satışa çıxarılsa da sözün həqiqi mənasında mülkə yiyə duran yoxdur.

Qeyd edək ki, “World Travel Awards 2010”da “Dünyanın ən luks oteli” seçilən “Mardan Palace” bəzi bank borcları səbəbindən satışa çıxarılıb. Qarşılıqlı anlaşma və məhkəmə yolu ilə satış qərarı ləğv edilib. Əvvəllər borclara görə, otelin işığını da kəsiblər.

Nərmin Kərim