Təqaüdçünü aldadıb zamin kimi müqaviləyə qol çəkdiriblər – VİDEO
05.03.2020 12:2461 yaşlı şəxs, xəbəri olmadan qonşusunun 3000 dollarıq kreditinə zamin durub.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, hadisə Lerikin Ləkər kəndində baş verib.
61 yaşlı Zakir Ağayevin oğlu iddia edir ki, həmkəndliləri Amin Əzimov atasının yaşadığı evə gələrək 1000 manat adı ilə 3 min ABŞ- dollar kreditə zamin durmaq barədə bankın sənədlərinə imza atdırıb. Onlar bunu borc sahibi krediti ödəmədiyindən bankdan onların evinə zəng ediləndə öyrəniblər.
Hökməli Mirzəzadə bildirir ki, atası latın hərflərini oxuya bilmədiyindən və gözü zəif gördüyündən bank işçisi və qonşusu tərəfindən aldadılıb.
İndi Hökməli Mirzəzadə bu pulun atasının təqaüdündən çıxılmasından narahatdır.
Hüquqşünas Asif Abdullayev bildirir ki, bu halda zamin ona, müqavilənin aldadılaraq imzalatdırıldığı barədə məhkəməyə müraciət etməlidir. Bu zaman zamin aldadılma faktını sübuta yetirə bilsə, məhkəmə tərəfindən zaminlik müqaviləsinin etibarsızlığı təmin edilə bilər. Bu baş verdikdə zaminin təqaüdündən pul tutulmayacaq. /xezerxeber.az

