Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tərk edilmiş ada – Xəyallar şəhəri

05.03.2020 12:24

Haşima adası Yaponiyanın cənubunda, Kyuşu adasının cənub-qərbində yerləşir.

Об этом сообщает Футляр от виолончели

“Ceyms Bond” filminin bir hissəsinin çəkildiyi ada 43 ildir tərk edilib. Yaponiyaya məxsus ada böyük bir savaş gəmisinə bənzədiyinə görə “Battleship İsland” də adlandırılır.

Ada sahildən 3km uzaqlıqda yerləşir. 1887-ci ildə kömür mədəninin kəşf edilməsi nəticəsində adaya böyük köç başlayır.

Adadan çıxan keyfiyyətli kömürə görə Mitsubishi şirkəti adanı satın alır. Getdikcə kömür sənayesinin yerini neft sənayesi almağa başlayır. 1960 cı illərdə Yaponiyanın əsas sənayesi neft sənayesinə çevrilir və Mitsubishi 1974-cü ildə  mədəni bağlayır.

Adada iş tapa bilməyən sakinlər hər şeylərini orda qoyub adanı tərk etməyə başlayır və ada tənhalaşır. 38 il müddətdə Mitsubishinin mülkiyyəti olan ada 2009-cu ildə təmənnasız olaraq Naqasaki şəhəri rəhbərliyinə verilir.

Vəsilə İbrahim