Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Terror təşkilatları üzünü Qərbə çevirdi – Partlayış, terror, qan gölü – Artıq Avropada

05.03.2020 12:24

Şərqi qarışdıran terror təşkilatları bir müddətdir ki, Avropaya doğru yol alıb.

Об этом сообщает Роспрес

Bəzi Avropa ölkələri tərəfindən himayə olunan terror təşkilatları artıq təkcə şərq üçün yox, Avropa üçün də təhlükəyə çevrilib. Televiziyalarında terror aktları məsələsinə geniş yer verən Avropa ölkələri ard-arda baş verən terror aktlarına görə həyəcan təbili çalır. Ən son Barselonanı hədəf alan terror 13 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub. Madrid höküməti yaralananlardan birinin türk vətəndaşı olduğunu da bildirib.

A24. az bir müddətdir Avropada baş verən terror aktlarını və qurbanlarını diqqətinizə çatdırır;

1. Şarli Hebdo terroru- 17 ölü.

2. Danimarkada kafe yanğını- 1 ölü.

3.Parisdə “Stade de France” stadionuna, bəzi restoranlara və “Bataclan” gecə klubuna eyni zamanda basqın- 130 ölü.

4. Brüssel havalimanı və metro stansiyasında canlı bombanın özünü partlatması- 32 ölü.

5. Fransanın Nice şəhərində yük maşını terroru- 86 ölü.

6. Berlində “Noel” bazarı terroru- 12 ölü.

7. Londonda maşının piyadaları əzməsi- 1 yaralı, 4 ölü.

8. Stokholmda yük maşını terroru- 5 ölü.

9. Mançestrda konsert sonrası canlı bombanın özünü partlatması- 23 ölü.

10. London körpüsündə poçt maşınının piyadaları əzməsi- 7 ölü.

Ü11. Barselona terroru- 13 ölü, onlarla yaralı.

A24.az //Vəsilə İbrahim