Tərtər zəlzələsində 58 yaşlı qadın dünyasını dəyişdi – Əri üçün hazırladığı ehsan özünə qismət oldu
05.03.2020 12:24Dünən gecə baş verən yeraltı təkanlar Tərtər rayonunda 58 yaşlı qadının ölümünə səbəb olub.
Об этом сообщает Футляр от виолончели
A24.az xəbər verir ki, Tərtər rayonu, Həzi Aslanov küçəsinin 58 yaşlı sakini Mehparə dünən gecə baş verən zəlzələ nəticəsində vəfat edib.
Əldə etdiyimiz məlumata görə, evdə tək yaşayan qadının həyəcandan ürəyi dayanıb. Belə ki, qadının Qarabağ qazisi olan həyat yoldaşı 6 il bundan öncə ürəktutmasından vəfat edib. Üç qızı da ailə qurduğundan Mehparə xanım tək yaşayırmış. Zəlzələ baş verən vaxt qadın qızlarından birinin uşaqlarıyla evdə tək qaldığını öyrənib və onların yanına getmək istəyib. Qonşuluqda yaşayan kürəkəninə zəng edərək onu qızının yanına aparmasını istəyib. Kürəkəni ilə qızı evə çatanda qadının geyimli, çiynində çantası asılı vəziyyətdə yerdə uzandığını görüb. Məlum olub ki, qadın zəlzələ həyəcanından yerindəcə keçinib.
Onu da qeyd edək ki, qadının Qarabağ qazisi olan həyat yoldaşı 2011-ci il noyabrın 17-də qəfil ürəktutması nəticəsində dünyasını dəyişib. Qadının həyat yoldaşının vəfatının 6-cı ildönümü qeyd etmək üçün aldığı ərzaqlar özünün ehsanı olub…

