Tərtərin mərkəzi küçələrində əl yumağa niyə su tapılmır? – İcra hakimiyyətindən münasibət
05.03.2020 12:24A24.Az-ın redaksiyasına Tərtər rayonunda su probleminin olmağı ilə bağlı şikayət daxil olub. Sakinlərin bildirdiyinə görə, Tərtərin mərkəzində ictimai məqsədlərdə istifadə üçün su xətləri yoxdur. Evlərə su xətləri çəkilib, həmin xətlərə də sayğac qoyulub. Şəhərin mərkəzi küçələrinə isə su xətti çəkilməyib. İnsanlar mərkəzdə əl-üzlərini su qablarından istifadə etməklə yuyurlar.
Об этом сообщает Футляр от виолончели
Məsələ ilə bağlı Tərtər Rayon icra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin müavini Abbas Cavadov A24.Az-a açıqlama verərək bildirdi ki, 2016-cı ilin dekabrında “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi başa çatıb. “Layihə çərçivəsində Tərtər şəhərində ilk dəfə kanalizasiya sistemi yaradılıb və şəhərin mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri yenidən qurulub. Hər bir evə su xətti çəkilib. Yaşıllıqların sulanması üçün isə şəhərdə 9 artezian quyuları var. Həmin quyulara mütəmadi olaraq yaşıllıq zolaqlarını sulamaq üçün su vurulur. Sərsəng su anbarından gələn suyu ermənilər kəsib, amma su ilin bəzi aylarında gəlir. Həmin xətlərdən suvarma məqsədləri üçün istifadə edilir”.
Müavinin sözlərinə görə, Tərtərdə küçəboyu su xətləri çəkilməyib. “Hər küçədə ictimai məqsədlər üçün su çəkilməyib. Bu digər rayonlarda da yoxdur. “Rayon ərazisində yaşıllıqların sulanması üçün isə sadəcə olaraq artezian quyusu var. Bu da bir neçə istiqamətdə çəkilib, hər küçədə yox. Bərdədə, Yevlaxda kanalizasiya xətləri olmadığından su xətlərinə sayğac quraşdırılmayıb. Tərtərə isə 2016-cı ildə kanalizasiya xətləri çəkildi”.
Vüsalə Əlövsətqızı, A24.Az

