Tətilə çıxmaq istəyənlərin nəzərinə – Ən ucuz aviauçuşlar hardadır?
05.03.2020 12:24Dünyada ən ucuz aviauçuşlar həyata keçirilən ölkənin adı məlum olub. Siyahını məşhur Kiwi.com. turist xidmətləri tərtib edib. Hesablamalara görə, ən ucuz aviauçuşlar həyata keçirən ölkə Malayziya olub. Belə ki, bu ölkədə xarici və daxili uçuşlar üçün hər 100 kilometr məsafəyə 4.18 dollar ödənilir.
Об этом сообщает Футляр от виолончели
Siyahının ikinci pilləsində isə 4.65 dollarla Bolqarıstan qərarlaşıb. Üçlüyü isə Hindistan tamamlayır. Bu ölkədə sərnişinlər hər 100 kilometr üçün 4.96 dollar ödəyir. Siyahının 4-cü pilləsində Türkiyə 6.28 dollarla, 5-ci pilləsində isə Rumıniya qərarlaşıb – hər 100 kilometrə 6.46 dollar.
Siyahıda 80 ölkənin uçuş qiymətləri qeyd olunub. Azərbaycan bu siyahıda 44-cü olub. Belə ki, Azərbaycanda sərnişinlər hər 100 kilometr üçün 15.34 dollar ödəyir. Siyahının sonuncu pilləsində isə hər 100 kilometrə 54.63 dollar ödəyən Belçika qərarlaşıb.
Tam siyahı ilə aşağıdakı linkdən tanış ola bilərsiz. (fins.az)

