Texnologiya sahəsində ilkləri mənimsəyən Dubayın sürücüsüz polis maşınları
05.03.2020 12:24Dubay texnologiya sahəsində yaşanan hər bir yeniliyi sürətli şəkildə həyatına daxil etməyə çalışır. Artıq ötən gün Dubayda sürücüsüz polis avtomobili nümayişə çıxıb.
Об этом сообщает Руспрес
Saytımızın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, robot polislərlə gündəmə gələn Dubay bu dəfə sürücüsüz polis avtomobillərini nümayiş etdirib. Bir “drone” ilə eyni səviyyədə tutulan avtomobil mərkəzdən idarə edilə bilir və sahib olduğu biometrik proqram sayəsində şübhəliləri tanıma bacarığına sahibdir.
Verilən açıqlamaya görə, sürücüsüz polis avtomobilləri bu ilin sonuna qədər istifadəyə veriləcək.
Lakin ötən həftə Dubayda artıq polis robotlar turistik bölgələrdə xidmət göstərməyə başlayıb.
Firuzə Alimova

