Təyyarələr eniş edərkən ildırım vurdu
05.03.2020 12:24Atatürk hava limanında iki təyyarə eniş edərkən ildırım vurub.
Об этом сообщает Футляр от виолончели
A24.Az Doğan agentliyinə istinadən xəbər verir ki, İstanbulda leysan yağışların davam etdiyi bir vaxta iki təyyarəni ildırım vurub. İldırım birinci təyyarənin korpusuna düşüb, bu zaman dispetçerlər ikinci təyyarənin pilotlarına xəbərdarlıq edib.
Pilotlar enişdən əvvəl dövrə vurmağa başlayıblar. Buna baxmayaraq, ikinci təyyarəni də ildırım vurub.
Hər iki təyyarə aeroportda sağ-salamat yerə enib. Zərər çəkənlər və ya təyyarələrin zədələnməsi haqqında məlumat verilmir.

