Təzə gəlin əri ilə mübahisə edib canına qıydı
05.03.2020 12:24Tovuz rayonunda zəhərlənmə hadisəsi olub.
Об этом сообщает Футляр от виолончели
Saytımız APA-ya istinadən xəbər verir ki, Qovlar şəhərinin sakini, 17 yaşlı Ülviyyə Mübarizqızı sirkə turşusu zəhərlənməsi əlaməti ilə Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, yenicə ailə quran Ü.Mübarizqızı ailə münaqişəsi zəminində sirkə turşusu içərək özünə qəsd edib.
Faktla bağlı araşdırma aparılır.

