Tibb aləmində inqilab! Baş nəqli reallaşdı
05.03.2020 12:24Elm adamları kiçik siçan başını böyük siçanın başına birləşdirərək ilk baş nəqlini gerçəkləşdirib.
Об этом сообщает Футляр от виолончели
A24.Az-ın verdiyi xəbərə görə, “CNS Neuroscience and Therapeutics” adlı dərgidə yayınlanan araşdırmada, əməliyyatda biri donor, biri alıcı və biri də qan provayderi olmaqla üç siçandan istifadə edilib.
Kiçik siçanın başı və əlləri böyük siçana birləşdirilib. Təcrübənin əsas məqsədi iki başlı canlılarda beyinə kifayət qədər qanın çatıb-çatmadığını öyrənmək olub.
Araşdırma italyan beyin cərrahı Serxiyo Kanavaro və Çinin “Harbin” Tibb Universitetindən Xiaopinq Ren tərəfindən aparılıb.
Qeyd edək ki, iki araşdırmaçı daha əvvəl də biri meymun olmaqla digər heyvanlar üzərində baş transplantasiyası edib.
Xatırladaq ki, Kanavero 2017-ci ilin dekabrında insan başının da transplantasiyasını planlaşdırdığını açıqlayıb. Bu transplantasiya “Werdnig-Hoffman” xəstəliyindən əziyyət çəkən Rusiya vətəndaşına ediləcək.

