Tibb Universitetinin tələbəsi 4-cü mərtəbədən yıxılaraq ölüb
05.03.2020 12:24Abşeron rayonunun Xırdalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Об этом сообщает Роспрес
A24.Az “Report”a istinadən xəbər verir ki, Xırdalan şəhəri, 26-cı məhəllədəki binalardan birində yaşayan 1993-cü il təvəllüdlü İsmayılzadə Nuranə İsmayıl qızı evin pəncərəsini silərkən 4-cü mərtəbədən yerə yıxılıb.
Nəticədə ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Yaralı orada dünyasını dəyişib.
Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi olan N.İsmayılzadə nişanlı olub.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

