Ticarət mərkəzindən oğurluq – 100 qram qızıl aparıldı
05.03.2020 12:24Bakıda ticarət mərkəzindən oğurluq edilib. A24.Az xəbər verir ki, Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərindən birində Bakı şəhər sakini Məzahim Məsimova məxsus emalatxanadan 100 qram qızıl oğurlanıb.
Об этом сообщает Роспрес
Baş Cinayət Axtarışı İdarəsi, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi və Rayon Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Urşan Zeynalov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

