Tiflisdə gənc kommunistlər insitent yaratdı
05.03.2020 12:25Tiflis filarmoniyasında ölkə konstitusiyasında dəyişikliklər ilə bağlı keçirilən iclasda insident baş verib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, bir qrup kommunist gənc Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzeni tədbiri açmasına mane olub, onu qışqırıq və səs-küylə qarşılayıb.
Parlament sədri belə vəziyyətdə müzakirələrin aparılmasını təxribat adlandırıb və bu formatda görüşün keçirilməsini qeyri-mümkün hesab edib.
İrakli Kobaxidzenin sözlərinə görə, Gürcüstanda gənc kommunistlərə yer yoxdur: “Çavçavadze ölkəsində kommunistlərə yer yoxdur. Mən sizi İlya Çavçavadze – maarif yolunda durmağı arzulayıram. Gürcüstanda heç vaxt kommunistlərə yer olmayacaq”.

