Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tikilməsi planlaşdırılan 10 MÖHTƏŞƏM binanın FOTOLARI və VİDEOSU

05.03.2020 12:25

Texnologiya inkişaf etdikcə gələcəkdə tikilməsi planlaşdırılan binaların görünüşünə də möhtəşəmlik və ecazkarlıq qatır. Lakin gələcək üçün nəzərdə tutulan bu fantastik binalar insanın xəyal gücünə meydan oxumaqla yanaşı, sadə və möhtəşəm olması ilə də diqqət çəkir.

Об этом сообщает Руспрес

Saytımız gələcəkdə tikilməsi nəzərdə tutulan 10 əfsanəvi tikilini təqdim edir:

1 – LAKHTA Center – Rusiyanın Sankt-Peterburq şəhərində “Gazprom” şirkəti tərəfindən hazırlanan 87 mərtəbəli bina tikiləndən sonra 462 metr hündürlüyünə sahib olacaq. Eyni zamanda, “Lakhta Center” Avropanın və Rusiyanın ən uzun binası olaraq tarixə keçəcək.

2 – Dubay qüllələri – Dubayda tikiləcək bu nəfəs kəsən binalar şəhərin ən çox danışılan və ziyarət edilən binalarından biri olacaq kimi görünür.

3 – “Scaly” qülləsi – Çinin Zhuhai şəhərində iki çayın kəsişməsində yüksələcək bu qüllənin uzunluğu 100 metr olacaq. Dizaynı ilə görənləri ovsunlayacaq bu bina alt hissədən sıxılmış kimi dizayn edilib.

4 – “The Dancing Dragons” – Cənubi Koreyanın Seul şəhərində tikiləcək iki qüllədən biri 77, digəri 88 mərtəbəli olacaq. Binanın xarici görünüşünə diqqət yetirəndə onun əjdahaların belində olan çıxıntılardan götürüldüyü söylənə bilər.

5 – “The Endless City” – İngiltərənin paytaxtı Londonda tikilməsi planlaşdırılan bu bina qeyri-adiliyi ilə seçilənlər sırasındadır. Dairəvi formada olması planlaşdırılan binanın içində və ətrafında bitkilər, parklar və bağçalar yer alacaq.

6 – Sonsuzluq binası – Avstraliyanın Sidney şəhərində tikiləcək binanın daxilində hovuz da olacaq. İçərisində bir çox otel və restoranların da olacağı bina şəhərdəki məşhur opera binasından sonra ən möhtəşəm tikili olacağına bənzəyir.

7 – Avropa spiralı – Avropa Birliyinin mərkəzi şəhəri olan Belçikada yüksəkdiləcək bina spiral şəkildə dizayn edilib. Bu isə Avropa dövlətlərinin birlik və bərabərliyini təmsil edəcək. Ümid edilir ki, bu binaya da miqrantlar üçün tikanlı məftillərdən səd çəkilməz!?

8 – Biyonik qüllə – Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində tikiləcək binanın dizaynında memarlarla yanaşı biloqlar da yer alıb. Səbəbi isə, binanın hazırlanması zamanı ağacların quruluşundan istifadə edilməsi və qoruyucu mexanizmlərin nəzərə alınmasıdır.

9 – Bionik kənd – Şanxayda ucaldılacaq bu binanın yaxın 15 il ərzində tikilməsi planlaşdırılır. Bina 100 min insana ev sahibliyi etməyi planlaşdırır.

10 – Otel qülləsi – Çində tikiləcək Qüllə oteli məşhur dizayner Zaaha Hadid tərəfindən hazırlanıb. 5 ulduzlu otel olaraq fəaliyyət göstərəcək bu bina tikiləndən sonra bir çox insanları təəccübləndirəcək.

Firuzə Alimova