Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tillerson ABŞ-ın Suriyaya yürüdəcəyi qoşunlardan danışdı

05.03.2020 12:25

“İŞİD terror qruplaşması ilə mübarizə ABŞ-ın əsas prioritetidir”. 

Об этом сообщает Роспрес

Saytımızın “RİA Novosti”yə istinadə verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson deyib.

“Hesab edirik ki, bizim birinci dərəcəli prioritet  İŞİD üzərində qələbədir”, – deyə Tillerson CBS telekanalının müxbirinin ABŞ-ın Suriyaya qoşun yeritmək planının olub-olmamasına dair sualına cavab verərkən bildirib.

“Düşünürəm ki, İŞİD təhlükəsi azaldıqdan və ya ləğv edildikdən sonra diqqətimizi artıq Suriyada  vəziyyətin sabitləşməsinə yönəldə bilərik”, – deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson ötən həftə Ankarada rəsmi səfərdə olarkən bəyan edib ki, Suriya prezidenti Bəşər Əsədin taleyini yalnız Suriya xalqı həll etməlidir. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli isə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının artıq ABŞ üçün prioritet olmadığını qeyd etmişdi.