TIR sürücüsü azərbaycanlı qadını soydular – VİDEO
05.03.2020 12:25Türkiyənin Çayırova şəhərində azərbaycanlı sürücünün əllərini yapışqanlı lentlə bağlayaraq üzərində olan 800 dollarını, 400 lirəsini, mobil telefonunu və TIR-ını oğurlayıblar. Keçirilən əməliyyat zamanı TIR-ı Ankarada satan 3 nəfər ilə yanaşı yük maşınını alan şəxs yaxalanıb.
Об этом сообщает Футляр от виолончели
“A24.Az” xəbər verir ki, 19 fevral tarixində Azərbaycandan gələn Aysel Q. sürdüyü TIR-ı Çayırovada yerləşən TIR parkında saxlayıb. Bu zaman qar maskası ilə maskalanmış 3 şəxs Aysel Q.-nı təhdid edərək qadının əllərini yapışqanlı lentlə bağlayıb, sürücünün üzərində olan 800 dollarını, 400 lirəsini, mobil telefonunu və idarə etdiyi TIR-ı oğrulayıb.
Polis hadisə ilə bağlı keçirdiyi əməliyyatda TIR-ın Ankarada Ü.K. adlı bir şəxsə 45 min lirəyə satıldığını təsbit edib. Polisin İstanbul Sultanbəylidə apardığı axtarışlar zamanı S.Ç, Y.Y. və S.D. saxlanılıb. Hər 3 şəxsin evində axtarış aparan polis 13 ədəd ev tüfəngi, 2 ədəd qar maskası, 2 cüt qara əlcək, saxta şəxsiyyət vəsiqəsi aşkarlayıb.
“A24.Az” Türkiyə mediasında yayımlanan videoxəbəri təqdim edir:

