Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Titanik” filminin məşhur bəstəkarı dünyasını dəyişdi

05.03.2020 12:25

Titanik filminin musiqilərini bəstələyən 61 yaşlı Ceyms Horner (James Horner) təyyarə qəzasında dünyasını dəyişib.

Об этом сообщает Футляр от виолончели

Saytımız bildirir ki, Amerikalı bəstəkar, orkestr rəhbəri Ceyms Horner Titanik filminə etdiyi bəstələri ilə iki dəfə Akademiya Mükafatına layiq görülüb. Horner “Ağıl Oyunları” və “Apollo 13” kimi filmlərin müsiqilərinin də bəstəkarıdır.

İki nəfərlik bir mühərrikli təyyarədə tək olduğu bildirilən məşhur bəstəkarın Santa Barbaranın şimalında qəza etdiyi və dünyasını dəyişdiyi açıqlanıb.

Musiqi karyerasına 5 yaşında başlayan piano ifaçısı Horner daha sonra təhsilini Londondakı “Royal Collage of Music”də davam etdirib. 1970-ci ildə Cənubi Kaliforniya Universiteti Musiqi bölümündən məzun olub.