Tıxacda qalmaq erasına son qoyulur – Yeni layihə – VİDEO
05.03.2020 12:25Maşın liftlə tunelə enəcək və platforma onu relsin üstü ilə saatda 200 km sürətlə mənzil başına çatdıracaq.
Об этом сообщает Руспрес
SpaceX və Tesla-nın yaradıcısı İlon Mask dünyanı tıxaclardan xilas edəcək yeni yeraltı sürət tunellərinin videoçarxını nümayiş etdirib. O, eyni zamanda yeni layihəsi barədə ətraflı məlumat verib.
A24.Az Sputnik Azərbaycana istinadla xəbər verir ki, TED Talk layihəsi çərçivəsində çıxışı zamanı İlon Mask xəbər verib ki, gələcək avtomobillər yollardakı xüsusi platformalarda dayanaraq lift vasitəsilə tunelə enəcək. Bu elektroplatforma maşını üfüqi istiqamətdə rels sisteminə doğru hərəkət etdirəcək, nəqliyyat vasitəsinin özü isə tərpənmədən dayanacaq. Belə sürət tunellərdə saatda 200 km olacaq. Bu zaman avtomobillər yanacaq da sərf etməyəcəklər. “Hazırda biz Los-Ancelesin altında çala qazmağa cəhd edirik. Bu, üçölçülü tunellər şəbəkəsinin başlanğıcı olmalıdır” — deyə İlon Mask bildirib.

