Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tolik izləyicilərini təhqir etdi- VİDEO

05.03.2020 12:25

Prodüser Tarix Əliyev canlı yayımda sosial media izləyicilərini təhqir edib. Belə ki, prodüser Özcan Dənizi təhqir etdiyinə görə, azərbaycanlı izləyicilərin Özcan Dənizin İnstaqram səhifəsində onu təhqir etdiyini söyləyib.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, Lider Tv-nin “Həyat tərzi” verilişində qonaq olan Tolik sosial media izləyicilərindən söhbət açılarkən bu haqda danışıb:

“Azərbaycan övladıyam, adım Tarix Əliyevdir. Nə bədxah qonşularımızdan, nə də bizi söyənlərdən deyiləm. Mənim qanımda azərbaycanlı qanı axır. Baham adasına gedəndə, bayrağımızı aparmışdım ki, maraqlansınlar bu bayraq haranın bayrağıdır. Məni hansısa türk müğənnisinin ayağına verməklə o, sizə çox sağ ol deməyəcək. Onu tənqid edirəmsə, bunu özümə görə yox, bütün Azərbaycana görə edirəm. Hansısa bir fanat Özcan Dənizin səhifəsnə yazır ki, “Siz Tolikə baxmayın, onu biz onsuz qəbul etmirik”. Bunu deməklə sizə Özcan zəng vurub çox sağ ol deməyəcək. Ar olsun sizə! “.

Qeyd edək ki, bir müddət əvvəl Özcan Dənizin erməni müğənni Super Sakonun “Mi Gna” mahnısını ifa edərkən çəkilən görüntüləri yayılmışdı. Tolik  şəxsi səhifəsində sözügedən görüntüləri paylaşıb Özcanın Bakıya gəlişinə qadağa qoyulmasını istəmişdi.