Tolik Rövşanəni yıxıb sürüdü: ” Hüseyn Əzizoğlu siz aparıcılardan min dəfə…”
05.03.2020 12:25Bir neçə gün öncə ARB TV-nin “Səhər Səhər” verlişində aparıcı Rövşanə Bekdaşi ilə proqramın qonağı Hüseyn Əzizoğlu arasında qalmaqal yaranmışdı.
Об этом сообщает Руспрес
Rövşanə qonağına onu tanımadığını və bəyənmədiyini demişdi. Vayner isə aparıcının bu sözlərinə sərt cavab vermişdi.
Saytımız xəbər verir ki, onlar arasında yaranan qalmaqala prodüser Tolik (Tarix Əliyev) münasibət bildirib.
O, yaranan mübahisədə Rövşanəni günahkar tərəf kimi qiymətləndirib. Prodüser həmçinin kanalın rəhbərliyini də tənqid edib. O fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş aparıcılarının ARB TV-yə dəvət olunmasını burada yeni ANS yaratmaq məqsədinin olması ilə əlaqələndirib.
Tolik həmçinin kanalı reytinq xətrinə qalmaqal yaratmaqda günahlandırıb. “Özünə hörmət edən müğənni orada efirə çxmaz. Məsələn mən çıxmıram. Heç bir müğənnimi də qoymuram çıxsın”, – deyə prodüser əlavə edib.

