Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Torpağın altında aylarla susuz yaşayan balıqların görüntüləri yayıldı – MÖCÜZƏ – VİDEO

05.03.2020 12:25

Sosial şəbəkədə afrika ölkələrində çəkilmiş maraqlı videogörüntü yayılıb. Görüntülərdə insanlar külünglə yeri qazaraq oradan qəribə canlıları çıxarır, daha sonra üzərindəki örtüyü qopardıqdan sonra məlum olur ki, bunlar aylarla torpağın altında qalmış balıqlardır.

Об этом сообщает Футляр от виолончели

A24.Az yayılan görüntüləri bioloq Vaqif Sultanova təqdim edib.

O, bildirib ki, bu balıqlar ikitənəffüslü Afrika balığı olan protopterlərdir. Çox az rast gəlinən canlılar olan protopterlər yağış mövsümü bitəndən sonra qurumuş palçıq layları arasında bir neçə ay susuz yaşaya bilir.

Onlar əsasən, mollyusklarla şirin suda yaşayan krablarla, digər xərçəngkimilər və qismən də balıqlarla qidalanırlar. Ölçüsü 35 sm-dən az olan cavan balıqlar yalnız həşəratlarla qidalanır. Bəzi müşahidələrə görə, Keniyadakı protopterlər, adətən, bitkilərlə qidalanırlar. Protopterlər qidanı birdəfəlik həzm etmirlər, bitkinin ucundan tutaraq aram-aram çeynəməyə başlayırlar, ta bitki ağız boşluğuna tam yerləşənə qədər. Proses bitəndən sonra tüpürüb yenidən onu yeməyə başlayırlar və bu gedişat bir neçə dəfə təkrarlanır. Protopterlərin bəzi növləri isə qidanı birdəfəlik uda bilirlər.

A24.Az həmin möcüzəvi heyvanları təqdim edir.