Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tortun içində həbsxanaya mobil telefon keçirmək istəyən Bakı sakini yaxalandı

05.03.2020 12:25

Ədliyyə Nazirliyi Penitensiar Xidməti Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.2.2; 120.2.2 və 221.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Ağayev Arif Abdulla oğluna Bakı şəhəri Xəzər rayonu Binə qəsəbə sakini Əliyev Nizami Kəriməli oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman sovqatda olan tortun altında sellofana bükülərək xüsusi üsulla gizlədilmiş, daxilində danışıq kartları olan iki ədəd mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilib.

APA