Tovuz sakini dərman əvəzinə səhvən sirkə turşusu içdi – VƏZİYYƏTİ AĞIRDI
05.03.2020 12:25Tovuz rayon sakini sirkə turşusundan zəhərlənib.
Об этом сообщает Роспрес
A24.Az APA-ya istinadla xəbər verir ki, rayonun Musa Musayev küçəsində yaşayan 1988-ci il təvəllüdlü Məhərrəm Məmədov zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin ota ağır olduğu bildirilir. Yaxınlarının deməsinə görə, M. Məhərrəmov ikinci qrup əlildir. O soyuducuda olan dərman əvəzinə səhvən sirkə turşusu içərək zəhərlənib.

