Tovuzda 22 yaşlı qız dəm qazından zəhərləndi
05.03.2020 12:25Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Об этом сообщает Роспрес
Tovuz rayon Xəstəxanasından verilən məlumata görə, hadisə martın 29-da səhər saatlarında rayonun Xatınlı kəndində baş verib.
Kənd sakini, 1995-ci il təvəllüdlü Abbasova Leyla Zahid qızı evlərində dəm qazından zəhərlənib. L.Abbasova ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağır qiymətləndirilir. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. (Trend)

