Tovuzda insident: Xəstələr tibb işçilərinə hücum etdi
05.03.2020 12:25Tovuz rayonunda tibb işçilərinin xəsarət alması ilə nəticələnən insident baş verib.
Об этом сообщает Руспрес
Saytımız “Report”a istinadən xəbər verir ki, “təcili yardım” maşını ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilən xəstənin narkotik maddələrin təsiri altında olan yaxınları tibb işçilərinə hücum ediblər.
İlkin məlumata görə, nəticədə bir neçə həkim və tibb bacısı müxtəlif dərəcəli xəsarət alıb.

