Tovuzda telefona cavab vermədiyi üçün təcili tibbi yardım işçiləri döyüldü – VİDEO
05.03.2020 12:25Tovuzda tibb işçiləri döyülüb. İnsident rayonun təcili tibbi yardım stansiyasında olub. 30 yaşında kişi sərxoş halda stansiyaya gəlib və telefonlara cavab verilmədiyini əsas gətirərək həkimlərə hücum edib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, 30 yaşlı Məcid Bayramov 103 xidmətinə zəng edərkən xəttin məşğul olmasından əsəbləşib. O, əsəbi vəziyyətdə rayon təcili tibbi yardım stansiyasına gəlib və növbətçi tibb bacısı Məkanə Əjdərovaya hücum edib.
Növbətçi həkim Eldəniz Əliyev onları sakitləşdirmək istədikdə isə Məcid Bayramov bu dəfə ona üz və qol nahiyəsindən xəsarət yetirib.
Hadisə ilə bağlı polisə məlumat verilib. Məcid Bayramov polisə ifadəsində 103 xidmətinə zəng edərkən xətt məşğul olduğu üçün bu hərəkəti etdiyini deyib. Tibbi yardım stansiyasından isə bildirdilər ki, həmin vaxt başqa məlumat götürüldüyü üçün telefon xətti məşğul olub. Növbətçi həkim həmçinin bildirdi ki, həmin şəxs dəfələrlə lazımsız yerə zəng edərək tibb işçilərini təhqir edib. Faktı Tovuz polisi araşdırır.

