Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Toy karvanları niyə yas karvanlarına dönür? – ARAŞDIRMA

05.03.2020 12:25

Son illərdə ölkədə avtomobil qəzalarının artması dünyasını dəyişən insanların sayının da çoxalmasına səbəb olub. Daha çox toy, yaхud ad günlərindən qayıdan ailələr avto qəzaya məruz qalır.  Bu isə birbaşa səhlənkarlıq və yaхud məsuliyyətsizliyin nəticəsi kimi dəyərləndirilir. Yəni sürücülərin sərхoş vəziyyətdə avtomobili idarə etməsi potensial təhlükə mənbəyi hesab olunur

Об этом сообщает Роспрес

Toy karvanı zamanı avtomobillərin dövlət nömrə nişanlarının üstünün bəzədilərək örtülməsi, xüsusilə, axşam saatlarında toy karvanlarında iştirak edən avtomobillər tərəfindən yolboyu səs siqnallarından lüzumsuz istifadə edilməsi, yolun hərəkət zolaqlarının tutulması, işıqforun qırmızı işığında dayanmadan hərəkət etməsi, yolayrıclarını keçmə qaydalarını pozması, ehtiyac olmadan asta sürətlə hərəkət etməsi, yola bitişik şadlıq sarayları qarşısında dayanmış avtomobillərin hesabına yolların daralması, həmin yol üzrə gediş-gəlişin çətinləşməsi və süni tıxacların yaranmasına, həmiçinin qəza hallarının çoxalmasına səbəb olur. Dəhşətlisi isə belə qəzalarda ən çoх bir ailənin üzvlərinin həlak olmasıdır.

Yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov “A24.az”a bu məsələ ilə bağlı münasibət bildirib:

“ Gənclər daha çox toy karvanında qayda pozuntusu edir. Bununla yanaşı elə yaşlı insanlar var ki, düşünürlər toy karvanında gedirlər, onlara heç nə deyə bilməzlər və ya cərimə oluna bilməzlər.Və çox təəssüf ki, belə də olur. Polis əməkdaşları çox dərinə getmirlər, fikirləşirlər ki, saxlayıb dəstəylə mübahisə etmək perspektivi ola bilər. Bu olmamalıdır. Digər tərəfdən insanlar var ki, toya gedirlər, sevinirlər. Lakin sevinməyin də bir mədəniyyəti var. Həmin insanlar özlərini başqalarına göstərmək istəyirlər. Çox təəssüf ki, göstərici həvəsi, meyli olan adamlar özlərini kənara göstərir, anormal hərəkətlər edir və nəticədə qəza baş verir. Çox vaxt uşaqla oluram, görürəm toy karvanıdır, ciddi maneələr yaradır, təhlükəli manevrlər edir, tez- tez yerdəyişmələr edirlər. Bunların qarşısını almaq üçün oturub fikirləşmək lazımdır, 20 maşın arxa-arxaya düzülüb səs –küy edirlər. Axı bu kimə lazımdır? Qeyri-qanuni mütəşəkkil nəqliyyat dəstəsidir, bunları nəzarətə götürüb limit qoymaq olar. Həmin o dəstədən birindən soruşsan ki, sizin qarşınıza adi gündə belə dəstə çıxanda necə olursunuz? İnanmıram deyə ki, “ləzzət alıram, xoşuma gəlir”. Hamı əsəbiləşir. Bunun qarşısını almaq üçün düşüncələrimizi bir az dəyişməliyik, ya da inzibatçılıq lazımdır”.

Psixoloq Elnur Rüstəmov isə belə halların daha çox psixoloji problem olduğunu deyib :

“ Zaman-zaman toy karvanında ötmə, bir- birinə yol verməmə, avtomobilin seria nömrələrinə müdaxilə etmə kimi xoşagəlməz hallarla rastlaşırıq. Müşahidələrimiz onu göstərir ki, insanlar sevinclərini ifadə etmək üçün müxtəlif yollar, üsullar axtarırlar və təhlükə haqqında fikirləşmirlər. İnsanlar fərqlənmək istəyir, özəl günlərdə yadda qalmaq istəyirlər. Düşünürlər ki, avtomobili hansısa sürətlə idarə etsəm, vəziyyəti nəzarətdə saxlaya biləcəm. Musiqiyə yüksək səs verirlər və bu cür prosesdə daha çox qəza halları baş verir. Toy karvanları zamanı maksimum diqqətli olmaq lazımdır. Belə qəzalardan sonra həyatını dəyişən, çox ağır travma alanlar olur ki, bu da qısa müddətlik həzzə bir ömrü qurban vermək deməkdir.

Bütün hallarda çalışmaq lazımdır ki, ətrafdakı insanların həyatına narahatlıq yaratmasınlar. Adrenalin axtaran avtomobili yüksək sürətlə idarə edib dəfələrlə də qəza edirlər, bu artıq konktret psixoloji problemdir. Bu cür insanlara psixoloq dəstəyi göstərmək şərtdir. Hətta xaricdə bu cür hallarda cərimə olunarkən tələb qoyulur ki, sən psixoloq yanına getməlisən. Azərbaycanda belə sürücülərə yol polisi nəzarət edir, həmin şəxslərin bir qismini onlar adbaad, idarə etdiyi avtomobilə kimi  tanıyırlar. Ancaq reallıq budur ki, onlar bizə və özlərinə təhlükə kimi qalmaqda davam edirlər”.

Statistik məlumatlara görə, törədilmiş avtoqəzalar nəticəsində 2016-cı ildə 759 vətəndaş dünyasını dəyişib. Təkcə bu fakt deməyə əsas verir ki, baş verə biləcək avtoqəzaların qarşısının alınması istiqamətində ciddi kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Onu da qeyd edək ki, ölkə ərazisində baş verən avtoqəzaların yarıdan çoхu paytaхt Bakının payına düşür.

Dəfələrlə Dövlət Yol Polisi İdarəsi adından toy sahiblərinə müraciət edən bölmə rəisi Vaqif Əsədov toy karvanlarında iştirak edən avtomobillərin sayının 3-4 avtomobilədək azaldılmasını tövsiyə edib. Onun fikrincə, avtomobillərin sayının çox və ya az olması bəy və gəlinin bir-birinə sevgisini artırmayacaq, nə onları xoşbəxt etməyəcək, nə də gələcək həyatında nəyisə dəyişməyəcək.

Brilyant Rəsulova