Toya hazırlaşan cütlük faciəli şəkildə öldü
05.03.2020 12:25Türkiyədə nişanlı cütlük 100 metrlik uçurumdan aşağı düşüb.
Об этом сообщает Роспрес
A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Zonquldağın Ereğli rayonunda baş verib. Rayonda ticarətlə məşğul olan Özgür Özak nişanlısı Zeynep Nida ilə mübahisə edərkən ehtiyatsızlıq nəticəsində 100 metrlik uçurumdan aşağı düşüb. Nəticədə hər iki şəxs dənizin kənarındakı qayalıqda can veriblər. Hadisə yerinə baxış keçirən polislər onların öldüklərini bildirib.
Toya hazırlaşan cütlüyün münasibətlərinin hansı səbəbdən gərginləşdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

