Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Toyuna gəlməyənləri məhkəməyə verdi – BAKIDA – VİDEO

05.03.2020 12:26

Bakıda bir nəfər toya gəlmədikləri üçün dəvət etdiyi qonaqları məhkəmə verib.
A24.Az xəbər verir ki,  gülünc hadisə Bakıda baş verib. Toy sahibi dəvətini saymayan 50-ə yaxın tanışı ilə münasibətləri hüquqi zəmində həll etmək istəyir. Adının açıqlanmasına istəməyən həmin şəxs hətta vəkil də tutub.
Ancaq vəkil perspektiv görmədiyi üçün vətəndaşın müraciətini qəbul etməyib. Lakin iddia ərzisəsinin yazılması və məhkəməyə müraciət edilməsində vətəndaşa köməklik göstərib.
Bu hadisə bir daha göstərir ki, bir çoxları toy şənliyinə həm də biznes marağı kimi baxır və sanki xərclədiyi pulları yığmaq üçün edir. Nəticə gözlənildiyi kimi olmadıqda da qohumlar, tanışlar arasında mübahisələr, küskünlüklər yaranır.
Toylara dəvətnamələrin “borcunu qaytar” məktubuna çevrilməsi evlənənlərin də sevincinə kölgə düşürür. Bunun olmaması isə “yorğana görə ayaq uzatmaqla” mümkündür. Yəni hər toyuna getdiyi şəxslərin əvəzinə dəqiq gələcəyi gözlənilən qohum və dostların dəvət edilməsi və imkana uyğun şənlik.
A24.Az “Xəzər Xəbər”ə istinadla videomaterialı təqdim edir:

Об этом сообщает Руспрес