“Toyuq oğrularıyla yox, Azərbaycanı talayanlarla məşğul olmaq lazımdır…”
05.03.2020 12:26“Mən şou verilişlərinin fatihəsini vermişəm, çünki həmin verilişlər eybəcərlikdən, murdarlıqdan başqa şey deyil”.
Об этом сообщает Футляр от виолончели
Bunu A24.az-a açıqlamısında Əməkdar incəsənət xadimi, kinorejissor Şeyx Əbdül Mahmudbəyov televiziyalarda yayımlanan şouproqramlar haqqında danışarkən deyib.
Kinorejissor qeyd edib ki, Azərbaycan efirlərindən bu murdarlığı yığışdırmaq lazımdır:
“Hər kəs bilməlidir ki, efirləri zəbt etmiş 3-5 “şoumen” Azərbaycan xalqı üçün göstərici, əxlaq ölçüsü deyil. Onlardan bizim xəbərimiz yoxdur. Gedib küncdə-bucaqdakı atılmışı, avaranı, ata-anasından xəbərsizi taparaq efirlərə çıxarmaq, dünyaya təbliğ etmək doğru deyil. Təbliğ olunası o qədər gözəl işlərimiz var ki, onlara vaxt ayırmırıq, sponsorluq etmirik, amma elə axmaq verilişlərə sponsor tapılır. O eybəcərliklərin arxasında duran, maliyyələşdirən qüvvələr var və həmin qüvvələrlə məşğul olmaq, köklərini kəsmək lazımdır.
Alt qat deyilən zümrə var, yəni qara camaat və onlar sırf xürafat əhlidirlər, ümidlərini ancaq Allaha bağlayıblar. Gözləyirlər ki, Allahdan buyruq, ağzıma quyruq. İnəyi itəndə gedib inəyini axtarmaqdansa, gedib qurd ağzı bağlayırlar, deyirlər ki, Allah qoruyacaq inəyimi. Bunları başa düşdük. Bir də var üst qat, onlar da Azərbaycana rəhbərlik edənlərdir. Məsələ ondadır ki, nə üst qat təhlükəlidir, nə də alt qat. Qorxulu olan qat südü və qanı bizdən olmayanlardır. Milli-mənəvi dəyərlərimizlə, əxlaqımızla, tariximizlə məşğul olan dairələrə qanı-südü təmiz adamlar yerləşdirilməlidir”.
Şeyx Əbdül həmin şouproqramlara qatılan ziyalılara da müraciət edib:
“Bəsdirin toyuq oğrusunu, bağdan meyvə aparanı mühakimə etdiniz, Azərbaycanın mənəviyyatını, milli-mənəvi dəyərlərini, büdcəsini çapıb talayan adamlarla məşğul olmaq lazımdır. Araşdırın, görün, bu milyonları hara və niyə xərcləyirlər? Gedib hansısa qızın, qadının eşqinə kino, serial çəkdirirlər, amma tariximizlə, dövlətimizlə bağlı heç bir layihəyə dəstək durmurlar.
Bir maraqlanın, görün o eybəcər şouları, verilişləri maliyyələşdirənlər kimlərdir? Gözəl dövlət qurmuşuq, gözəl işlər həyata keçirilir. Bəs bu gözəlliklərin qarşısında bu eybəcərlik nədir? Kimin nə ehtiyaı var axı buna? Niyə insanları psixoloji cəhədən intihar həddinə belə çatdırırlar?”
Zəhra

