Tramp 19 trilyon borcunu yavaş-yavaş müsəlmanlara ödədir – VİDEO
05.03.2020 12:26Bildiyimiz kimi Qatar 12 milyard dollar dəyərində F-15 qırıcı döyüş təyyarəsi almaq üçün ABŞ ilə müqavilə imzalayıb.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, Qətərin rəsmi xəbər agentliyində yer alan xəbərə görə, Qətər Müdafiə Nazirliyinin açıqlamasında 12 milyard dollarlıq F-15 qırıcılarının alınması üçün artıq imzalar atılıb.
İmzalanan müqavilə ortaya bir faktı qoyur: Seçkilərdən əvvəl Amerikanın 19 trilyon dollarlıq borcunu körfəz ölkələrinə ödətəcəyini deyən Trampın çıxışı bir anda yada düşür.
ABŞ-ın Müdafiə Nazirliyi mövzu ilə bağlı açıqlamasında isə “Müqavilənin Qatarın müdafiəsinə böyük kömək göstərəcək və ABŞ ilə Qatar arasında etibarlı işbirliyi artırılacaq” deyə vurğulayıb.
Xatırladaq ki, müqavilə iyunun 5-də bəzi ərəb ölkələrinin Qatarla diplomatik əlaqələrini kəsəndən sonra meydana gəlib. Donald Tramp isə ərəb ölkələrinin Qatara qarşı sərgilədiyi performansı dəstəkləmişdi. Belə ki, Tramp Doha hökumətini terror qruplaşmalarını maddi yolla dəstəklədiyini bildirmişdi.
Qeyd edək ki, ötən il ABŞ Konqresində Qatarın 21 milyard dollar dəyərində F-15 döyüş təyyarələrinin alınması üçün də müqavilə imzalanmışdı.
Firuzə Alimova

