Tramp andiçmə mərasimində ölərsə, yerinə kim keçəcək?
05.03.2020 12:26CNN telekanalı Tramp ölərsə, yerinə kimin keçəcəyi barədə araşdırma aparıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimində qəribə bir hesabat diqqət çəkib. Hesabatda CNN andiçmə mərasimində yeni prezident və köməkçisi ölərsə, onun xidməti yerinə müvəqqəti olaraq Barak Obamanın kabinetindən səlahiyyətli bir şəxsin keçəcəyini bildirib.
Trampın andiçmə mərasiminə qarşı ciddi bir təhlükənin olmadığı deyilsə də, prezidentin, prezident köməkçisinin və digər Konqres üzvlərinin həyatını itirməsinə yol aça biləcək bir hadisədən sonra Trampın yerinə kimin keçə biləcəyi əvvəlcədən nəzərə alınıb.
CNN-nin verdiyi xəbərə görə, Konstitutsiyada prezident və köməkçisi ölərsə və ya vəzifələrini idarə edə bilməyəcək hala gələrsə, yerlərinə Təmsilçilər Məclisi sözçüsündən sonra senatorun müvəqqəti seçilməsi göstərilir. Onlardan sonra Xarici İşlər Nazirliyi daxil olmaqla digər kabinet üzvləri gəlir.
Qeyd edək ki, Donald Tramp bu gün andiçmə mərasimindən sonra ABŞ-ın prezidenti vəzifəsini yerinə yetirəcək. Yeni prezidentin andiçmə mərasimi üçün bütün təhlükəsizlik qüvvələri səfər olub. Belə ki, Vaşinqtonda keçiriləcək andiçmə mərasimində 28 min polisin təhlüksəziliyi qoruyacağı deyilir.

