Tramp Bəşər Əsədi “heyvan” adlandırdı
05.03.2020 12:26ABŞ prezidenti Donald Tramp suriyalı həmkarı Bəşər Əsədi “heyvan” adlandırıb.
Об этом сообщает Руспрес
Saytımızın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Tramp bunu “Fox Business” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya Suriya hakimiyyətini dəstəkləməsəydi, bu ölkədə heç bir problem olmazdı.
“Rusiya gedib o heyvanı dəstəkləməsəydi, heç bir problem də olmayacaqdı”, – deyə Tramp B.Əsədlə bağlı sualı cavablandırarkən bildirib.
ABŞ prezidenti Suriya ordusunun bazasına raket zərbəsinin endirilməsinin zəruri olduğunu vurğulayıb.
“Bunu vaxtı ilə Barak Obamanın administrasiyası etməli idi”, – deyə Tramp əlavə edib.

