Tramp Ərdoğanın mühafizəçilərini silahla sınağa çəkdi
05.03.2020 12:26ABŞ Dövlət Departamenti Ərdoğanın mühafizəçiləri üçün silah satışının ləğv edilməsini təsdiq edib.
Об этом сообщает Руспрес
A24.Az-ın “Ria Novosti”yə istinadən məlumatına görə, ABŞ dövlət departamenti barəsində yayılan məlumatları təsdiq edib. Donald Тrampın prezident administrasiyası Türkiyə prezidenti Tayyib Ərdoğanın mühafizəçi əməkdaşlarına 1,2 milyon dollarlıq silah satışını ləğv edib.
“Dövlət departamenti şərh verməkdən imtina edir, çünki biz məhdud federal qaydalara və ixraca icazə üzrə kommersiya əməliyyatları sahəsində fəaliyyətini şərh edə bilmərik”, dövlət departamentinin nümayəndəsi “Ria-Novosti”yə bildirib.
Əvvəllər Assoşieyted Press agentliyi xəbər verib ki, Tramp administrasiyası Ərdoğanın mühafizəçisinin hərəkətlərinə cavab olaraq silah satışını ləğv edib.
Xatırladaq ki, may ayında Türkiyə prezidentinin ABŞ-a səfəri zamanı Vaşinqtondakı səfirinin iqamətgahının yaxınlığında aksiya iştirakçıları ilə Ərdoğanın mühafizəçiləri arasında qarşıdurma baş verib. Hadisə yerində olan Ərdoğanın mühafizəçiləri nümayişçiləri döyüüblər. Dövlət departamenti Türkiyəyə etirazını bildirib. Rəsmi Ankara isə öz ünvanına olan ittihamları rədd edib.
Orxan Aslanlı / A24.az