Tramp iranlı futbolçunu pis vəziyyətdə qoydu – 1 ildir ailəsini görə bilmir
05.03.2020 12:26Donald Trampın sanksiyaları iranlı futbolçu Rıza Guçannejadı pis vəziyyətdə qoyub.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, ölkəyə giriş qadağasına görə o, 1 ildən çoxdur ki, ailə üzvlərini görmür. Futbolçu bu vəziyyətlə bağlı necə deyərlər, üsyan edib.
“Həyat yoldaşım amerikalıdır. Mənim də İran və Hollandiya vətəndaşlığım var. ABŞ-ya getməyimə icazə verilmir. Məncə bu, dəhşətdir. Ailəmlə görüşə bilmirəm. Bir il öncə viza üçün ABŞ səfirliyinə müzariət etdim. Mənə 1 gün ərzində cavab verəcəkləri dedilər. Amma 1 il keçib, hələ də səs-soraq çıxmayıb. Mən də bu barədə Hollandiya mətbuatına danışdım. Donald Tramp haqqında tam olaraq nə düşündüyümü söylədim. Ailəmi görə bilmədiyimi dedim. Bu reportajdan 3 gün sonra mənə viza verildi”, – deyə futbolçu açıqlamasında bildirib.
32 dəfə İran Milli Yığmasının formasını geyinən 30 yaşlı futbolçu hazırda Hollandiya komandalarından olan “Heerenveen”i təmsil edir.

