Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tramp kabinetinin İLK NAZİRLƏRİ

05.03.2020 12:26

ABŞ Senatı mütləq səs çoxluğu ilə istefada olan Dəniz Piyadaları generalı Ceyms Mattisi müdafiə naziri postuna təsdiq edib. Elə həmin saatlarda qanunverici orqan habelə general Con Kellini daxili təhlükəsizlik naziri qismində təsdiq edib.

Об этом сообщает Роспрес

A24.Az amerikaninsesi-nə istinadən xəbər verir ki, Mattis və Kellinin hər ikisinin 66 yaşı var. Onlar Donald Tramp kabinetinin təsdiq edilən ilk nazirləridir. Təsdiq ediləndən dərhal sonra nazirlərin andiçmə mərasimi keçirilib.

Senat Mattisi 98:1, Kellini isə 88:11 səs nisbəti ilə təsdiq edib.

Yeganə səs verməyən senator hazırda ABŞ Baş Prokuroru vəzifəsinə təyinatı müzakirə edilən Ceff Seşşons olub.

Senat səsverməni Donald Tramp and içdikdən bir neçə dəqiqə sonra – parad başlayarkən keçirib.

Mattis ABŞ silahlı qüvvələrində xidmət edən hərbçilərə isti müraciət ünvanlayaraq onları “millətin qoruyucuları” adlandırıb. Mattis vəd edib ki, hərbçilərin “bu gün və gələcəkdə döyüş qabiliyyətini saxlaması üçün” əlindən gələni edəcək.

Cümə günü axşamüstü Oval Ofisə daxil olan Donald Tramp Mattis və Kellini vəzifələrinə təsdiq edən sənədləri imzalayıb. Nazirlərin andiçmə mərasiminə vitse-prezident Mayk Pens rəhbərlik edib.