Tramp mini ətəkli qadınlara görə Əfqanıstana qoşun göndərdi
05.03.2020 12:27ABŞ prezidenti Donald Trampın Əfqanıstana əlavə qoşun göndərmək qərarının səbəblərindən birinin əfqan qadınlar olduğu iddia edilir.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, 1972-ci ildə Kabildə çəkilmiş fotoda əfqan qadınlar müasir geyimdə və mini ətəkdə şəhərdə rahat gəzirlər. İddia edilir ki, qərb mədəniyyətinin hakim olduğu o dövrlərdəki qanunların Əfqanıstanda təkrar bərpa edilməsi üçün Tramp bu ölkəyə əlavə qoşun göndərmək qərarına gəlib.
Dünən Əfqanıstan barədə açıqlama verən ABŞ prezidenti əfqan xalqının öz gələcəklərini qurmaq hüququnun olduğunu, onların bu yolda uğur qazanmalarını istədiklərini demişdi.
Qeyd edək ki, Əfqanıstanda müharibə 16 ildir davam edir. Ölkədə tez-tez terror hadisələri törədilir və qadın hüquqları ilə bağlı ciddi problemlər var. (Qaynarinfo.az)

